Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Koreyada Yunus Emre İnstitutu açıldı

Koreyada Yunus Emre İnstitutu açıldı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Seula rəsmi səfəri çərçivəsində Yunus Əmrə İnstitutunun açılışı olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, İnstitun rəsmi açllış mərasimində Əminə Ərdoğan iştirak edib.

Mədəniyyət mərkəzinin rəsmi açılışını bildirən lenti kəsdikdən sonra Əminə Ərdoğan koreyalı tələbələrə türk dilinin tədris olunduğu sinif otağına getib və onlarla söhbət edib.

İki koreyalı tələbə arasında türk dialoqunu dinləyən Əminə Ərdoğan tələbələri alqışlayıb və onları təbrik edib.

Tədbirlə bağlı sosial media paylaşımında Əminə Ərdoğan bunları qeyd edib:

"Mədəniyyətlər arasında körpülər quran Yunus Əmrə İnstitutumuz tərəfindən qurulan Seul Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin hər iki dost ölkə üçün faydalı olmasını arzulayıram. Türk dilimizlə maraqlanan tələbələrlə görüşmək və dilimizin və mədəniyyətimizin uzaq diyarlarda necə gözəl əks-səda tapdığının şahidi olmaq əvəzsizdir. Yunus Əmrə İnstitutumuz, toplanmış sivilizasiyamızı dünyaya daşıyarkən insanları təkcə fərqli dillərlə deyil, həm də fərqli həyat və düşüncələrlə tanış edir. Çünki bir-birinin dillərini öyrənən, bir-birinin hekayələrini dinləyən və bir-birinin dəyərlərini tanıyan insanlar arasında yaranan yaxınlıq ölkələr arasında dostluğun ən güclü təməlidir. Bu anlayışla, dünyanın hər yerində fədakarcasına çalışan Yunus Əmrə İnstitutumuzun bütün üzvlərinə ürəkdən təşəkkür edirəm".

Süleyman
Xəbəri paylaş