Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-nın Ermənistanla münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan üçün risk hesab olunmamalıdır

ABŞ-nın Ermənistanla münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan üçün risk hesab olunmamalıdır


Birləşmiş Ştatlarda keçirilən aralıq seçkilərin nəticələrindən məmnun görünən tərəflərdən biri də Ermənistandır. İrəvanda hesab edirlər ki, Demokratların seçkilərdə üstünlüyü Ermənistan üçün bir sıra parametrlər üzrə faydalı olacaq. Xüsusilə, Azərbaycanla münasibətlərin normallaşması prosesində Ermənistanın əlinin güclənəcəyinə ümid edilir. Əksər ekspertlər isə bunu doğru hesab etmirlər.

Siyasi ekspert Şingiz Şahbazi Newscenter.az-a bildirib ki, enerji təhlükəsizliyi, Orta Dəhliz, Xəzər dənizi, Ermənistanla sülh, Rusiya və İran amili Vaşinqtonun gündəmində qalmaqdadır. Ekspert hesab edir ki, həmçinin ABŞ-nın Ermənistanla münasibətlərinin daha da inkişaf etdirilməsi də Azərbaycan üçün heç bir halda risk hesab olunmamalıdır:

"Bu prosesin Azərbaycanla münasibətlərdə birtərəfli şəkildə siyasi təzyiq mexanizminə çevrilməsi, ən böyük problemdir".

Süleyman
Xəbəri paylaş