
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Azərbaycan-Özbəkistan investisiya şirkətinin baş direktoru Nazim Hacıyev və maliyyə direktoru Azər Mirtəqavi ilə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə səfir özü sosial şəbəkə hesabında məlumat verib. Bildirib ki, görüş zamanı iki ölkənin iqtisadi potensialı və investisiya sahəsində yeni əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Rəşad Məmmədov qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətləri iqtisadi sahədə də yeni üfüqlər açır.
" Bu istiqamətdə atılan hər bir addımın ölkələrimiz üçün faydalı olacağına inanıram",- deyə səfir bildirib.
Süleyman











































