
"Dünyanın iqtisadiyyatı ən yaxşı inkişaf etmiş 20 ölkəsinin G20 tədbirinə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycan dövlətinin əldə etdiyi uğurlara verilən qiymət və diqqətin ifadəsidir".
Bunu Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, dəvətin ABŞ prezidenti tərəfindən edilməsi isə xüsusi məna daşıyır:
"Azərbaycanın dünya güclərinin müzakirə etdiyi məsələlərdə iştirakının məqsədəuyğun hesab edildiyini göstərir. G20 də alınan qərarlardan Azərbaycanın da xəbərdar olmasının təmin edilməsi həmin qərarların həyata keçməsində ölkəmizin rolunun əhəmiyyəti sübut olunur. Dünya iqtisadiyyatının tranzit marşrutlarının əsas kommunikasiyalarının ölkəmizdən keçən hissələri Azərbaycanın əhəmiyyətini G20 zirvəsinə kimi çıxarır. Alınan yeni qərarların mümkünlüyü və həyata keçməsi məqsədilə Azərbaycanın mövqeyi və fikirləri öyrənilir. Ölkəmizin G20 də iştirakı ilk növbədə Azərbaycanın artan nüfuzunun dünyaya isbatı olmaqla yanaşı, dövlətimizin coğrafi və siyasi mövqeyinin hesaba alınmasının əhəmiyyətini ortaya qoyur. Azərbaycan dünya gücləri ilə bir masada dünyanın iqtisadi məsələlərini həll edir".
Süleyman












































