
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının nümayəndələri Ərazi Partiya Təşkilatı olan Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının ofisində görüş keçiriblər.
Newscenter.az xəbər verir ki, görüş zamanı YAP-ın VIIl Qurultayından irəli gələn siyasi və ictimai vəzifələr, qarşıda duran prioritet istiqamətlər, partiyanın cəmiyyət həyatında rolu və həyata keçirilməsi nəzərdə tutulan mühüm tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrdə dövlətçilik prinsiplərinə sədaqət, milli maraqların qorunması, ölkəmizdə həyata keçirilən siyasi və sosial islahatlara dəstək, eləcə də cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Eyni zamanda, şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi əlillərinə göstərilən diqqət və qayğının davam etdirilməsi, onların sosial problemlərinin həllinə dəstək göstərilməsi, vətənpərvərlik ruhunun gənc nəsil arasında təbliği istiqamətində görüləcək işlər müzakirə olunub.

Qeyd edilib ki, şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərmək yalnız mənəvi borcumuz deyil, həm də hər birimizin üzərinə düşən mühüm vətəndaşlıq məsuliyyətidir.
Görüş qarşılıqlı fikir mübadiləsi, səmimi müzakirələr və gələcək fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyətli olub.
Birliyimiz, həmrəyliyimiz və dövlətçiliyimiz naminə həyata keçirilən hər bir təşəbbüs ölkəmizin daha da güclənməsinə xidmət edir!











































