Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq barədə razılığa gəliblər

Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq barədə razılığa gəliblər


Səudiyyə Ərəbistanı və Suriya nümayəndələri Ər-Riyadda iki ölkə liderləri arasında danışıqlardan sonra müdafiə nazirlikləri arasında əməkdaşlıq müqaviləsi imzalayıblar.

Newscenter.az-ın məlumatına görə, bu barədə "Saudi Press Agency" məlumat yayıb.

Agentliyin məlumatına görə, tərəflər həmçinin Səudiyyə Ərəbistanı Sənaye və Mineral Ehtiyatlar Nazirliyi ilə Suriya Sənaye, Daxili Ticarət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi arasında anlaşma memorandumu imzalayıblar. Görüş zamanı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl Səud və Suriya prezidenti Əhməd əl-Şara ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

İki lider Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, hərbi eskalasiyanın qlobal iqtisadi sabitlik və enerji təchizatı üçün ciddi nəticələrini qeyd ediblər. Ər-Riyad və Dəməşq həmçinin diplomatik böhranların həlli və bölgədəki gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar.

Anar
Xəbəri paylaş