Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidentinin G20-yə dəvət olunması mühüm hadisədir

Azərbaycan Prezidentinin G20-yə dəvət olunması mühüm hadisədir


"Azərbaycan Prezidentinin G20-yə dəvət olunması mühüm hadisədir. Bildiyiniz kimi, G20-yə daxil olan ölkələr dünyanın aparıcı iqtisadiyyatına sahib olan ölkələrdir. Bu baxımdan ölkəmizin belə bir platformada iştirakı o deməkdir ki, Azərbaycan da bu ölkələrlə bir sırada qlobal siyasi və iqtisadi gündəliyə təsir etmək gücündədir".

Bunları Newscenter.az-a Elşad Mirbəşiroğlu səsləndirib. O bildirib ki, G20 üzvü olmayan bir ölkənin dünyanın iqtisadi nəhənglərinin iştirak etdiyi platformaya dəvət alması onu deməyə əsas verir ki, ölkəmiz təkcə regional deyil, eyni zamanda qlobal səviyyədə iqtisadi və siyasi proseslərə təsir edə bilir, həmin proseslərin yönləndirilməsində iştirak edir:

"Bu, Azərbaycana olduqca böyük dividentlər gətirəcək. Azərbaycan bu platforma çərçivəsində təmaslar nəticəsində iqtisadiyyatının şaxələndirilməsi imkanlarını genişləndirəcək. Həmçinin ölkəyə əlavə investisiya cəlb olunması imkanları yarana bilər. Nəzərə almaq lazımdır ki, bu gün biz qeyri-neft sektorunun inkişaf etdirilməsində maraqlıyıq. Eyni zamanda"yaşıl enerji"nin inkişaf etdirilməsinə xüsusi diqqət ayırırıq. Əlavə sərmayələrin cəlb ediləcəyi təqdirdə bütün bunlar daha dinamik inkişaf edə bilər. Bunun üçün ən effektiv platforma hesab edirəm ki, G20-dir".

Elşad Mirbəşiroğlu deyib ki, ölkəmizin G20-yə dəvət olunmasında Azərbaycan Prezidentinin şəxsi nüfuzu da xüsusi rol oynayır:

"Dünyanın ayrı-ayrı güc mərkəzləri ilə ölkə prezidenti uğurlu dialoq qurmağı bacarır. Öz addımları, təşəbbüsləri ilə Azərbaycanın nüfuzunu yüksəldir. Nəticədə Azərbaycanla əməkdaşlıq etmək, bizimlə tərəfdaş olmaq istəyən ölkələrin arealı genişlənir. G20 sammiti zamanı biz bir daha bunun şahidi olacağıq".

O deyib ki, Azərbaycan kifayət qədər yüksək siyasi və təsir imkanlarına malik ölkədir:

"Azərbaycanla hesablaşılır və Azərbaycan olduqca mötəbər beynəlxalq tədbirlərə dəvət alır. Bu da Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınması, qəbul olunması deməkdir".

Süleyman
Xəbəri paylaş