Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-dakı seçkilərin Cənubi Qafqaza mümkün təsirləri necə olacaq?

ABŞ-dakı seçkilərin Cənubi Qafqaza mümkün təsirləri necə olacaq?


"ABŞ-da keçirilən aralıq seçkilərinin ilkin nəticələri proqnozlaşdırılan kimi demokratların üstünlüyünü təsdiq etdi. Demokratlar Partiyası Konqresin hər iki palatasında rəqiblərini geridə qoydu. Əslində Birləşmiş Ştatların siyasətini yaxından izlədikdə zamanla Demokratlar və Respublikaçılar arasında bir balans olduğunu görmək mümkündür. Bu gün də eyni mexanizm işə düşmüş vəziyyətdədir".

Bunları Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, ABŞ-da keçirilən seçkilər dünyanın hər nöqtəsində diqqətlə izlənilir və hər kəs proses çərçivəsində qlobal gücün siyasi xəttində nə tip dəyişiklərin olacağını, ümumiyyətlə, qarşılıqlı münasibətlərin hansı istiqamətə yönələncəyini maraqla gözləyir:

"Eyni məntiqi düşüncə hazırda Cənubi Qafqaz ölkələrinin gündəmində də əsas müzakirə mövzusudur. Məsələyə Bakı pəncərəsindən baxdıqda gedişatın ABŞ-Azərbaycan əlaqələrinin mövcud dinamikasına təsirsiz ötüşməyəcəyi gözləniləndir. Nəzərə alsaq ki, demokratların Konqresdə üstünlüyü olduğu zamanlar kifayət qədər anti-Azərbaycan səslərinin ucalmasının şahidi olmuşuq. İndi isə Konqresin hər iki palatasında çoxluq demokratların tərəfindədir".

Pərviz Mirizadə onu da deyib ki, qlobal müstəvidə geostrateji dəyişiklər olduğu kimi, Cənubi Qafqazda da yeni geosiyasi reallıqlar mövcuddur:

"Azərbaycan hər keçən gün regional güc balansında öz yerini daha da sağlamlaşdırır və beynəlxalq enerji bazarında tərəfdaşlıqlarını artırır. Həmin tərəfdaşlıqların istiqaməti isə böyük ölçüdə Vaşinqtonun maraqları ilə uzlaşır. Belə olduğu halda ikitərəfli münasibətlərdə ciddi dəyişikliklərin olacağı ehtimalı yüksək deyil".

Süleyman

Xəbəri paylaş