Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda Türk Tibb Günləri keçiriləcək

Qazaxıstanda Türk Tibb Günləri keçiriləcək


Qazaxıstanda Türk Tibbi Günləri keçiriləcək.

Newscenter.az Kazinform-a istinadən bildirir ki, bu barədə razılıq Türkiyə və Qazaxıstan Səhiyyə Nazirlikləri arasında keçirilən görüşdə əldə olunub. Tədbirlərdə aparıcı türk mütəxəssislərinin iştirakı, ustad dərslərinin keçirilməsi və bir neçə mövzuda xəstələrə məsləhət verilməsi nəzərdə tutulur.

Lakin Türk Tibb Günlərinin konkret tarixləri, tibb müəssisələrinin siyahısı və xəstələrin qəbul şərtləri hələ açıqlanmayıb.

Qazaxıstan Səhiyyə Nazirliyi hesab edir ki, bu formatda görüş Qazaxıstan həkimlərinə beynəlxalq həmkarları ilə praktik təcrübə mübadiləsi aparmağa imkan verəcək və xəstələr mütəxəssislərlə məsləhətləşmək üçün əlavə imkanlar əldə edəcəklər.

Süleyman
Xəbəri paylaş