Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dayaq təşkilatının fəal üzvləri ilə görüş keçirilib

Dayaq təşkilatının fəal üzvləri ilə görüş keçirilib


Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının rəhbərliyi Zəfər abidəsini ziyarət etdikdən sonra qurumun fəal üzvləri ilə görüşüb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən təşkilatın sədr müavini Məcid Məmmədov deyib ki, görüş zamanı birliyin ictimai fəaliyyətində fəallığı, təşəbbüskarlığı və göstərdikləri dəstəyə görə təşkilatın üzvüləri Zəfər Bayramı münasibətilə təbrik edilib, onlara fəxri fərmanlar və “İydə Parfum” şəbəkəsinin hədiyyələrini təqdim olunub.

Məcid Məmmədov qeyd edib ki, bu əlamətdar gündə məqsədimiz yalnız bayram sevincini bölüşmək deyil, həm də birliyimizin inkişafına töhfə verən, daim yanımızda olan fəal üzvlərimizin əməyinə verilən dəyəri və diqqəti ifadə etmək idi:

"Birliyimizin bütün üzvlərinə fəaliyyətlərində uğurlar, möhkəm birlik, həmrəylik və yeni nailiyyətlər arzulayırıq. Qoy bu Zəfər ruhu daim qəlbimizdə yaşasın, birliyimiz və həmrəyliyimiz daha da möhkəmlənsin!".

Süleyman
Xəbəri paylaş