Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Demokratların Konqresdə çoxluq təşkil etməsi 907-ci düzəlişin ləğvini yenidən çətinləşdirir

Demokratların Konqresdə çoxluq təşkil etməsi 907-ci düzəlişin ləğvini yenidən çətinləşdirir


"Tramp administrasiyası Cənubi Qafqaza daha çox geosiyasi, iqtisadi və təhlükəsizlik prizmasından yanaşır. Demokratların Konqresdə üstünlük qazanması isə insan hüquqları, demokratik institutların işləkliyi, siyasi azadlıqlar və Ermənistanla münasibətlər məsələlərinin yenidən daha fəal müzakirəsinə səbəb ola bilər".

Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi Amerikada keçirilən aralıq seçkilərinin nəticələrini dəyərləndirərkən deyib. Onun sözlərinə görə, indiki vəziyyətdən Azərbaycan hökuməti kifayət qədər faydalana bilər:

"Bu istər ölkənin demokratikləşməsi baxımından, istərsə də Ermənistanla sülh prosesində mövcud problemlərin həlli istiqamətində olsun. ABŞ-la diplomatik dialoqun daha institusional xarakter alması bu istiqamətdə faydalı ola bilər. Enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, Xəzərdə əməkdaşlığın davam etməsi və digər sahələrdə daha da münasibətlərin inkişafına təkan verə biləcək yeni bir mərhələ başlaya bilər. Əks halda Konqresdə Azərbaycana qarşı tənqidi mövqelərin güclənməsi ilə üz-üzə gəlməyiniz qaçılmazdır".

Çingiz Şahbazi qeyd edib ki, Demokratların Konqresdə çoxluq təşkil etməsi 907-ci düzəlişin ləğvini yenidən çətinləşdirir:

"Ermənipərəst konqresmenlərin və insan hüquqlarını önə çəkən qrupların təsiri ilə bu məsələnin müzakirəsi dalana dirənib qala bilər. Əlbəttə ki Demokratların Konqresdə qələbəsi Ermənistan -Azərbaycan arasında sülh prosesinə və TRIPP layihəsinə ABŞ-nin dəstəyini avtomatik dəyişdirməyəcək. Layihənin maliyyələşdirilməsi və təhlükəsizlik məsələləri isə, ciddi nəzarətə məruz qalması ehtimalı yüksəlir. İranla bağlı Konqresi almış Demokratların mövqeyi, şübhəsiz fərqlənəcək. Hesab edirəm ki, daha çox siyasi nəzarət və maliyyə məhdudiyyəti tətbiqi olunacaq. Avtomatik ABŞ-İran münasibətlərinin normallaşması olmasa da, gərginliyin azaldılmasına səbəb ola bilər. Bu həmçinin Azərbaycanın Cənub sərhədlərində təhlükəsizlik risklərinin də azalmasına xidmət edir. Tərəflər arasında hərbi eskalasiya təhlükəsi zəifləyə bilər. Əlbəttə ki, Ukraynaya dəstək məsələsi, Cənubi Qafqazda və ümumiyyətlə regionda, Yaxın Şərqlə bağlı siyasət, Rusiyanın siyasi təsir imkanları ilə bağlı məsələlər və Çinlə iqtisadi və nəqliyyat rəqabəti və digər məsələlərlə bağlı Demikratların Konqresdə üstünlük əldə etməsiylə bu münasibətlərin yenidən gündəmə gəlmə ehtimalı yüksəlir. Bu baxımdan Azərbaycan mütləq şəkildə balanslaşdırılmış siyasəti davam etdirməlidir. Çünki Rusiya Azərbaycanın mühüm iqtisadi və təhlükəsizlik tərəfdaşlarından biri olaraq qalır. Bu səbəbdən də ABŞ-da baş vermiş siyasi dəyişikliklər əsas məsələ olmamalıdır.Əsas məsələ ABŞ-nin regiondakı maraqlarının dəyişib -dəyişməməsidir".

Süleyman
Xəbəri paylaş