Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sarsılmaz birlik-parlaq Zəfər

Sarsılmaz birlik-parlaq Zəfər


44 günlük Vətən müharibəsi zamanı parlaq qələbəmizin qazanılmasında xüsusi rolu olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik dövlət siyasəti zəfərin əsas təməl daşını təşkil edir. Uzun illər boyu beynəlxalq arenada aparılan məqsədyönlü diplomatik fəaliyyət, güclü iqtisadiyyatın qurulması və ordunun modernləşdirilməsi istiqamətində atılan addımlar hərbi uğuru şərtləndirən başlıca amillər olmuşdur. Ali Baş Komandanın döyüş əməliyyatlarının gedişində nümayiş etdirdiyi qətiyyətli siyasi iradə, hərbi strategiyanı düzgün idarəetmə bacarığı və informasiya cəbhəsində xarici təzyiqlərə qarşı verdiyi kəsərli cavablar ölkəmizin qlobal müstəvidə haqlı mövqeyini tam təsdiqləmişdir.
Döyüş meydanında misilsiz rəşadət göstərən Azərbaycan Silahlı Qüvvələri müasir hərb elminin ən yüksək standartlarına cavab verən taktiki və strateji hazırlığını bütün dünyaya nümayiş etdirmişdir. Ordumuzun əsgər və zabit heyəti keçilməz hesab olunan müdafiə xətlərini qısa müddətdə yararaq, çətin relyef şəraitində böyük fədakarlıqla irəliləmiş və hərbi dastan yazmışdır. Yüksək texnoloji silahların və pilotsuz uçuş aparatlarının effektiv tətbiqi ilə yanaşı, hərbçilərimizin göstərdiyi şəxsi şücaət və sarsılmaz vətənpərvərvərlik ruhu düşmənin tam tərksilah olunması ilə nəticələnmişdir.
Bu Zəfər cənab İlham Əliyevin peşəkar rəhbərliyi, ordunun gücü və cəmiyyətin monolit birliyinin vahid məqsəd ətrafında birləşməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi və qazilərimizin fədakarlığı Azərbaycan dövlətçilik tarixinin ən şərəfli mənbəyinə çevrilmişdir. Bu gün azad edilmiş ərazilərdə sürətlə icra olunan genişmiqyaslı bərpa və yenidənqurma işləri qazanılmış tarixi qələbənin regionda yaratdığı yeni reallıqların əbədi və sarsılmaz olduğunu bir daha təsdiq edir.

Kəmalə Mikayılova
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş