Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heç bir ölkə Azərbaycan üçün sütun, qanad deyil



• Hörmətli izləyicilər,
• İki gündür ki, ABŞ-da keçirilən aralıq seçkilərində Demokratlar partiyasının qalib gəlməsi fonunda Trampın və Netanyahunun beynəlxalq və daxili siyasətdəki mövqelərinin zəifləyəcəyi, bu, şərti “uduzma”nın Azərbaycana və rəsmi Bakının xarici siyasətinə də təsir edəcəyi ilə bağlı fikirlərə rast gəlirəm.
• İstəyirəm ki, bununla bağlı qısaca öz fikirlərimi bildirim.
• Mövzu barədə ən çox diqqətçəkən məsələ Trampın və İsrailin baş naziri Netanyahunun siyasi postlarını tərk edəcəyi və bundan sonra Azərbaycan hakimiyyətinin guya öz strateji dayaqlarını, sütunlarını itirəcəyi ilə əlaqədardır.
• Əvvəla, nə Tramp, nə də ki, Netanyahu hazırda hakimiyyətdən getmir.
• İkincisi, heç bir siyasi qüvvə, şəxs Azərbaycan dövləti və hakimiyyəti üçün sütun, qanad deyil.
• Şübhəsiz ki, hakimiyyətlər daimi deyil, dəyişəndi, ancaq dövlətlər arasında strateji münasibətlər, yaxın dostluq əlaqələri uzunömürlüdür, hətta deyərdim ki, əbədidir.
• Mənim fikrimcə, Türkiyə-İsrail-Amerika bizim strateji xəttimizdir və xətt daimidir.
• Bunun çox ciddi tarixi siyasi əsasları var.
• Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həmin dövlətlərlə
dərin siyasi-iqtisadi bağlantılar bu münasibətləri strateji çərçivəyə saldı və bu heç bir siyasi partiya bu çərçivəni poza bilməz.
• Dünyanın əsas güclərindən biri olan Amerika ilə əlaqələrimiz müstəqilliyimizin ilk illərindən möhkəm bünövrə üzərində inkişaf edir, 1994-cü ildə regionun ən nəhəng sazişi olan “Əsrin müqaviləsi” ən yaxın təmaslarımız qurulub, 32 ildən çoxdur ki, ABŞ-da dəyişən bir neçə iqtidara baxmayaraq, Bakı-Vaşinqton münasibətləri qarşıqlıqlı hörmət prinsiplərinə əsaslanaraq inkişaf edib.
• Hətta ermənipərəst Baydenin dövründə biz öz torpaqlarımızı erməni işğalından azad etdik və Amerika Azərbaycanın öz suveren dövlət hüquqlarını təmin etmək siyasətini dəstəklədi.
• Eləcə də qardaş Türkiyə ilə münasibətlərimiz kökü min illərə söykənir, dəyişməz siyasi irsə əsaslanır.
• Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan müstəqil dövlət kimi heç bir ölkənin daxili işlərinə qarışmır, özünün milli maraqlarını rəhbər tutaraq bərabərhüquqlu münasibətlər qurur. Qardaş Türkiyənin daxilində baş verən siyasi və ictimai proseslərə Azərbaycan qarışmır.
• Məhz bu uzaqgörən və Azərbaycanın milli dövlət maraqlarını qoruyan siyasət sayəsində başqa ölkələrdə kiminsə hakimiyyətdən getməsindən və gəlməsindən olmasndan asılı olmayaraq Azərbaycanın kursu dəyişməyib. Eləcə də Azərbaycana olan xarici kurs dəyişməyib.
• Prezident İlham Əliyevin xarici siyasət strategiyası hansısa güc mərkəzinə və ya liderə söykənmir. Azərbaycan, şoxvektorlu siyasət yürüdür, Avropa İttifaqı və Qoşulmama Hərəkatı, Çin, Mərkəzi Asiya ölkələri ilə çox sıx əlaqələr qurub.
• Bir sözlə, Qərbdə və Şərqdə liderlərin dəyişməsi qətiyyən ölkəmizin ümumi xarici siyasət kursunun fundamentinə təhlükə yaratmır.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş