Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın G-20 sammitinə dəvət alması reallıqları özündə əks etdirən qanunauyğunluqdur

Azərbaycanın G-20 sammitinə dəvət alması reallıqları özündə əks etdirən qanunauyğunluqdur


ABŞ prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ABŞ-da keçiriləcək G-20 sammitinə dəvət etmişdir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqe, yeni formalaşan Orta Dəhliz nəqliyyat dəhlizi, şimalda və cənubda gedən müharibələr sayəsində enerji resurslarına olan tələbatın artması Azərbaycanı Avrasiya məkanının ən önəmli dövlətlərindən birinə çevirmişdir.

Ancaq diqqətə alınmalıdır ki, dövlətimizin hər kəs üçün ciddi önəm daşıyan bu günkü strateji mövqeyi uzun illərin sistemli və uzaqgörən siyasətin nəticəsində ərsəyə gəlmişdir. Bakı-Ceyhan neft, Bakı-Supsa qaz kəmərləri inşa ediləndə həm ölkə daxilində, həm də ölkə xaricində bu kəmərlərin rentabelli olmayacağı barədə böyük təbliğat kompaniyası gedirdi. Enerji daşıyıcılarını nəql edən bu kəmərlərin zamanında ərsəyə gəlməyəcəyi təqdirdə Azərbaycanın enerji resursları hansı dəyərə malik ola bilərdi ki? Həmçinin, Bakı-Qars dəmir yolu çəkiləndə və Ələt Azad İqtisadi Zonası yaradılanda nə Rusiya-Ukrayna müharibəsi, nə də ABŞ-İran müharibəsi var idi. O illərdə Avropa ilə Asiyanı birləşdirən istər şimal nəqliyyat xətti, istərsə də cənub nəqliyyat xətti tam gücü ilə işləyirdi. Məhz Azərbaycanın təşəbbüsü ilə formalaşan Orta Dəhliz nəqliyyat xəttinə isə pessimist proqnozlar verilirdi.

Lakin Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyev dünyada gedən siyasi və hərbi prosesləri dəqiqliklə duyur və Azərbaycanı yeni dünya düzənində önəmli dövlət statusuna doğru addım-addım aparırdılar. 2020-ci ildə ölkəmizin triumfal qələbəsi ilə başa çatan müharibəyə və 2022-ci ildə mütləq suverenliyimizin təmin olunması ilə nəticələnən qələbəmizə də sadəcə hərbi üstünlüklərimizin şərtləndirdiyi qanunauyğunluq kimi baxılmamalıdır. Bu qələbə bir çox faktorların kompleks həlli nəticəsində mümkün olmuşdur. Başqa sözlə qələbəni təmin edən beynəlxalq, daxili, hərbi, siyasi, maliyyə, informasiya və s. faktorları təmin edən və bir birilə uzlaşdıran cənab Prezident qələbəni təmin etmişdir. Qarabağ münaqişəsinin həlli sayəsində Qafqaz bölgəsində dəyişən geosiyasi vəziyyət digər iqtisadi amillərlə birlikdə dövlətimizi sadəcə regionun deyil bütöv Avrasiyanın ən önəmli dövlətlərindən birinə çevirmişdir.

Bu baxımdan Azərbaycanın G-20 sammitinə dəvət alması reallıqları özündə əks etdirən qanunauyğunluqdur. Düşünürəm ki biz bu kimi böyük sammit və beynəlxalq tədbirlərin bir parçası olmağımıza təbii bir faktor kimi yanaşmalı və bunda fövqəladə bir hal görməməliyik. Azərbaycan artıq orta güc statusuna malik bir dövlətdir, istər bizim regionda, istərsə də qonşu regionlarda gedən geosiyasi və geoiqtisadi proseslərin əhəmiyyətli subyektidir.

Elçin Ağamalı, siyasi şərhçi
Xəbəri paylaş