Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu Şuşa və Qarabağ üçün yeni inkişaf mərhələsi deməkdir

Bu Şuşa və Qarabağ üçün yeni inkişaf mərhələsi deməkdir



Iki gün sonra Azərbaycan tarixinin ən önəmli günlərindən biri olan Şuşanın işğaldan azad olunması- Şuşa şəhəri günü qeyd ediləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi şanlı ordumuzun 6 il öncə, noyabrın 8-də Azərbaycanın qürur mənbəyi olan Şuşa şəhərini işğaldan azad etdi.

Zəfərdən sonra digər yaşayış məntəqələri kimi Şuşa da bərpa və yenidənqurma mərhələsinə qədəm qoydu. Son 6 ildə Şuşa şəhərində aparılan intensiv yenidənqurma işləri şəhəri yenidən öz ruhuna qaytardı.

İşğaldan azad olunan digər ərazilərimiz kimi Şuşa şəhəri də iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Zəfərdən öncə Şuşa iqtisadiyyatı rayonun respublikanın digər bölgələrində fəaliyyət göstərən müəssisələri hesabına formalaşırdı. Zəfərdən sonra isə Şuşa öz iqtisadiyyatına və inkişaf yoluna malik oldu.

Zəfərdən sonra Şuşanın iqtisadiyyatı 44 dəfə böyüyüb. Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 18.5 milyon manat idisə, indi bu gösrəriici, 800 milyon manatdan çoxdur. Zəfərdən öncə cəmi 15 min manat sənayesi olan Şuşa rayonu artıq 25 milyon manatdan çox emailedici məhsul istehsal edir. Tikinti sektorunda isə xüsusi inkişaf qeydə alınıb. Zəfərdən öncə Şuşa müəssisələri tərəfindən 12.5 milyon manatlıq tikinti sektoru formalaşdırılmışdırsa, indi bu göstərici 750 milyon manatdan çoxdur.

İşğal müddətində, uzun müddət baxımsız şəhərə çevrilən Şuşa artıq Qafqazın əsas inkişaf mərkəzlərindədir. Bu Şuşa və Qarabağ üçün yeni inkişaf mərhələsi deməkdir.

Vüqar Bayramov, Milli Məclisin deputatı
Xəbəri paylaş