Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

8 Noyabr Azərbaycan tarixinin ən şanlı, ən qürurlu günlərindən biridir

8 Noyabr Azərbaycan tarixinin ən şanlı, ən qürurlu günlərindən biridir


Bu gün təkcə torpaqlarımızın azad edildiyi tarix deyil, həm də xalqımızın dövlətinə, ordusuna və rəhbərinə olan sonsuz inamının, birliyinin təcəssümüdür. Bu tarix – azərbaycançılıq ideologiyasının, milli həmrəyliyin və siyasi iradənin parlaq nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 8 noyabrda Şuşa şəhərinin azad edilməsi ölkəmizin müasir tarixində dönüş nöqtəsi oldu. 28 il işğal altında qalan, mədəniyyətimizin beşiyi sayılan bu müqəddəs torpaq yenidən Vətənə qovuşdu. Şuşanın azadlığı həm hərbi, həm siyasi, həm də mənəvi qələbə idi. Bu qələbə, xalqımızın gücünü, dövlətimizin əzmini və Ali Baş Komandanın qətiyyətini bütün dünyaya nümayiş etdirdi.
Şuşa şəhərinin azad olunması ilə Azərbaycanın suverenliyi bərpa olundu, ədalət öz yerini tapdı. Azərbaycan dövlətinin qətiyyətli siyasi iradəsi, diplomatik çevikliyi və ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində torpaqlarımız düşmən tapdağından azad edildi. Bu, təkcə bir şəhərin deyil, bütövlükdə bir millətin, bir dövlətin qalibiyyətidir.
Prezident İlham Əliyev 2020-ci ilin dekabrında imzaladığı sərəncamla 8 Noyabr tarixini “Şuşa şəhəri günü” elan etdi. Bu qərar, dövlət başçısının milli dəyərlərimizə, tariximizə və mədəniyyətimizə olan dərin hörmətinin ifadəsidir. Şuşa bu gün yalnız bir şəhər deyil – o, azadlığın, milli kimliyin, yenidən doğuluşun simvoludur.
Şuşa tarixən Azərbaycanın mədəniyyət, incəsənət və ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün və bir çox görkəmli şəxsiyyətlərin adları ilə bağlı olan bu şəhər milli mədəniyyətimizin beşiyi hesab edilir. Şuşanın işğaldan azad edilməsi ilə Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün yeni imkanlar yaranmışdır.
Sara Hüseynova
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş