
Qazaxıstan Təhsil Nazirliyi məktəb tədbirləri, təmir və müəllimlər üçün hədiyyələr üçün valideynlərdən pul yığılmasının qanuni olub-olmadığını aydınlaşdırıb.
Newscenter.az xəbər verir ki, Kazinform müxbirinin verdiyi məlumata görə, nazirlik təhsil müəssisələrində bu cür pul yığımlarının qadağan olduğunu vurğulayıb.
Nazirliyin məlumatına görə, bütün məktəb tədbirləri müəyyən edilmiş büdcə vəsaitləri hesabına maliyyələşdirilməlidir. Valideynlər onların təşkili ilə bağlı heç bir əlavə xərc çəkməməlidirlər.
Buraya məktəblərin təmiri, eləcə də zəruri avadanlıqların və digər ləvazimatların alınması daxildir. Bu xərclər yalnız yerli büdcələrdən maliyyələşdirilir.
Süleyman











































