
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov SOCAR-ın Özbəkistan Respublikasındakı nümayəndəliyinin təhbəri Xalid Böyükaga Tağı-zadə ilə görüşüb.
Newscenter.az səfirliyə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib.
Söhbət əsnasında Azərbaycan və Özbəkistanın neft-qaz sənayesinin inkişafı, enerji sektorunda müasir tendensiyalar və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
SOCAR-ın təcrübəsindən enerji infrastrukturunun inkişafında istifadə imkanlarına, işgüzar əlaqələrin möhkəmləndirilməsinə və ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edən yeni təşəbbüslərin irəli sürülməsinə xüsusi diqqət yetirilib.
Süleyman










































