Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əsas vəzifə kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçirilməsidir

Əsas vəzifə kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçirilməsidir


"Bu gün qeyri-hökumət təşkilatları qarşısında duran əsas vəzifələrdən biri də kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçmək olmalıdır. Vətəndaş cəmiyyəti təşkilatları üçün əsas il ərzində nə qədər, neçə tədbir keçirməsi deyil, onun nəticələri olmalıdır".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdiri Tural Əliyev deyib. O bildirib ki, qeyri-hökumət təşkilatları bundan sonrakı fəaliyyətləri və layihələrində bu məsələyə diqqət etməlidirlər:

"Bizim qeyri-hökumət təşkilatlarından gözləntilərimiz bundan ibarətdir. Həmçinin çalışmaq lazımdır ki, gənclərə hədəflənmiş layihələrə daha çox üstünlük verilsin".

Tural Əliyev əmin olduğunu bildirib ki, QHT-lər bundan sonra qeyd edilən istiqamətləri nəzərə alacaqlar

Süleyman
Xəbəri paylaş