Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT Agentliyinin fəaliyyətində milli həmrəylik əsas prioritet olacaq

QHT Agentliyinin fəaliyyətində milli həmrəylik əsas prioritet olacaq



"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qarşıdakı müddətdə əsas hədəfləri müəyyənləşdirilib. Agentlik həmin hədəfləri bundan sonrakı fəaliyyətində əsas prioritet hesab edəcək".

Newscenter.az xəbər verir ki, bunları Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva deyib. O bildirib ki, həmin istiqamətlərdən biri milli birlikdir. Aygün Əliyeva qeyd edib ki, bu gün milli birliyə daha çox ehtiyac var:

"Çünki bu gün ölkəmizə qarşı ideoloji təxribatlara əl atılır. Bunun qarşısının alınmasının yollarından biri də milli birliyin təmin olunmasıdır".

Aygün Əliyeva deyib ki, Agentliyin əsas diqqət etdiyi məsələ isə nəticəyə davamlı layihələrin həyata keçirilməsi olacaq.

Süleyman
Xəbəri paylaş