Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin G20 sammitinə dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir

Prezidentin G20 sammitinə dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir

.
"Azərbaycan Prezidentinin ABŞ prezidentiTramp tərəfindən növbəti ay Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Eyni zamanda Azərbaycanın geosiyasi əhəmiyyətinin nəzərə alınmasıdır.

Bu dəvət Azərbaycanın qlobal iqtisadi və siyasi məsələlərin müzakirəsində ehtiyac duyulan ölkələrdən biri olduğunu nümayiş etdirir. İlk növbədə, ölkəmizin Şərqlə Qərb arasında mühüm nəqliyyat-logistika qovşağına çevrilməsi burada ciddi əsas olub. Həmçinin Orta Dəhlizdə oynadığı rol, enerji təhlükəsizliyinə verdiyi töhfə ilə bağlıdır. Eyni zamanda, Azərbaycanın Türk dünyası ilə Qərb arasında iqtisadi və siyasi əlaqələrin inkişafında oynadığı rol da xüsusi əhəmiyyət daşıyır".

Newscenter.az xəbər verir ki, bunları Ədalət Partiyasının sədri Mütəllim Rəhimov deyib. O bildirib ki, bu dəvət Azərbaycana bir sıra siyasi və iqtisadi dividendlər qazandıracaq:

"Belə ki, dünyanın aparıcı iqtisadiyyatına malik dövlətlərin rəhbərləri ilə birbaşa təmaslar yaranacaq. Bu isə yeni investisiya imkanlarının yaranmasına, enerji, rəqəmsal iqtisadiyyat və sənaye sahələrində əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Bundan başqa ölkəmizin mövqeyinin qlobal səviyyədə eşidilməsi baxımından da bu iştirak əhəmiyyətlidir.

G20 sammitinə dəvət edilmək təşkilata üzvlük demək deyil. Lakin belə bir platformada iştirak etmək Azərbaycanın beynəlxalq səviyyədə münasibətlərini genişləndirməyə imkan yaradacaq. Bu isə ölkəmizə milli maraqlarını daha böyük siyasi-iqtisadi müstəvidə ifadə etmək imkanları verəcək".

Süleyman
Xəbəri paylaş