Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda kəskin respirator virus infeksiyası yayılıb, 6 min uşaq virusa yoluxub

Qazaxıstanda kəskin respirator virus infeksiyası yayılıb, 6 min uşaq virusa yoluxub


Qərbi Qazaxıstan bölgəsində 1 oktyabrdan bəri 9062 kəskin respirator virus infeksiyası (KRVİ) hadisəsi qeydə alınıb.

Newscenter.az Kazinform-a istinadən xəbər verir ki, Qərbi Qazaxıstan Vilayətinin Sanitariya və Epidemioloji Nəzarət Departamentinin rəis müavini vəzifəsini icra edən Mira Kaumbayevanın sözlərinə görə, yoluxanlardan 6075-i 14 yaşdan kiçik uşaqlar, 23-ü isə hamilə qadınlardır.

Qrip və kəskin respirator virus infeksiyalarının qarşısının alınması üçün regionda profilaktik və epidemiya əleyhinə tədbirlər fəal şəkildə həyata keçirilir. Əhalinin qrip peyvəndləri almasını təmin etməyə xüsusi diqqət yetirilir.

"Regionda qripə qarşı 68.000 nəfərin peyvənd edilməsi planlaşdırılırdı. Bu günə qədər 60.916 nəfər artıq peyvənd olunub ki, bu da planlaşdırılan sayın 89,58 faizini təşkil edir. Peyvənd olunanlardan 5.879-u uşaq, 55.037-si isə böyüklər olub. Bundan əlavə, 6.378 səhiyyə işçisi və 688 hamilə qadın peyvənd olunub", - deyə M.Kaumbayeva qeyd edib.

Onun sözlərinə görə, qrip peyvəndi xəstəliyin qarşısını almağın ən təsirli yollarından biridir, eləcə də ağır xəstəliklərə və mümkün ağırlaşmalara qarşı etibarlı qorunma təmin edir. Peyvənd xüsusilə uşaqlar, hamilə qadınlar, səhiyyə işçiləri və xroniki xəstəlikləri olan şəxslər üçün vacibdir.

Süleyman
Xəbəri paylaş