Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdə terrorçuluq fəaliyyəti artmaqdadır.

Yaxın Şərqdə terrorçuluq fəaliyyəti artmaqdadır.


Terrorçuluq fəaliyyəti hər yerdə, xüsusən də Yaxın Şərqdə artmaqdadır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırışlar və Təhdidlər Departamentinin direktoru Pyotr İliçev bildirib. O. Beynəlxalq Kollektiv Təhlükəsizlik Forumunda çıxışı zamanı müxtəlif regionlarda artan terror təhlükələri barədə danışıb.

İliçev, "Beynəlxalq Terrorizm Kollektiv Təhlükəsizliyə Təhdid Kimi: Yeni Çətinliklər və Əks Tədbirlər" sessiyasında bildirib ki, xüsusilə Yaxın Şərq, Afrika, Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiyada terrorizm çağırışlarında geniş yayılma müşahidə olunur.

Rusiya XİN təmsilçisi dünya dövlətlərini, beynəlxalq təşkilatları terrorizmə qarşı mübarizədə effektiv addımlar atmağa çağırıb.

Süleyman
Xəbəri paylaş