
Qazaxıstan və Türkiyə səhiyyə sahəsində əməkdaşlığını genişləndirir.
Newscenter.az Kazinform-a istinadən bildirir ki, Qazaxıstan Səhiyyə Nazirliyi ilə Türkiyə tərəfinin mübafiq qurumu arasında imzalanmış yeni müqavilələrə birgə tibbi layihələr, təcrübə mübadiləsi və müasir texnologiyaların tətbiqi həyata keçiriləcək.
Məlumata görə, Antalyada keçirilən COP31 beynəlxalq konfransında Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova və türkiyəli həmkarı Kemal Memişoğlu 2027-2028-ci illər üçün Səhiyyə Əməkdaşlıq Planını imzalayıblar.
Sənəd tibbi infrastrukturun inkişafı, əczaçılıq istehsalı, xəstəxanaların rəqəmsallaşdırılması, tibb elmi, mütəxəssis hazırlığı və ilkin səhiyyə xidmətlərinə çıxışın artırılması məsələlərini əhatə edir.
Bunlara kardiologiya, neyrocərrahiyyə, reabilitasiya və təcili tibbi yardım daxildir.
Süleyman












































