
Noyabrın 12-də Qazaxıstanda planlaşdırılmış antiterror təlimləri keçiriləcək.
Newscenter.az "Kazinform"a istinadən xəbər verir ki, təlimlər Almatının Jetisu rayonunda təşkil olunacaq.
Təlim səhər saat 8:00-dan 15:00-dək Burundayskaya küçəsi boyunca dəmir yolu relslərində keçiriləcək. Tədbirin əsas məqsədi nəqliyyat infrastrukturu obyektlərində terror təhdidlərinin qarşısının alınması və onlara qarşı mübarizə aparmaqdır. Təlim müddətində sərnişin və yük qatarlarının hərəkətində heç bir məhdudiyyət yoxdur.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstanın üç bölgəsində antiterror təlimləri keçirilib.
Süleyman











































