
İrəvanda yerləşən islam dininə aid yeganə ibadət ocağı olan “Göy Məscid”in mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib.
Xüsusi cah-cəlalla təşkil olunmuş mərasimdə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi iştirak edib və şəxsən erməni şairin adının əks olunduğu lövhənin açılışını edib.
Namaz zalında yaxın vaxtlarda həmin erməninin büstünün qoyulması planlaşdırılır.
Bu, nə biabırçılıqdır?
1915-ci ildə türklərə divan tutan daşnak ordusunda xidmət etmiş, Qaregin Nijdenin “tsexakronizm” ideologiyasını təbliğ edən bir lənətullahın xatirəsini əbədiləşdirmək nə deməkdir?
Məgər bu dini abidə İranın dədə-baba mülküdür ki, hansısa kafirə hədiyyə edə?
İranın heç bir mənəvi haqqı yoxdur ki, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın inşa etdiyi məscidi, Azərbaycanın tarixi-mədəni irsini özününküləşdirsin.
Özününküləşdirmək bir yana, erməniləşdirsin.
Bu, fars-erməni təxribatıdır.
Məscidlərdə donuz və heyvan saxlayan, ibadət yerlərimizi təhqir edən ermənilərə bu “mükafatı” verməklə molla rejimi nə demək istəyir?
İran islam dinini ələ salır, məxsərəyə qoyur, yoxsa müsəlmançılığı erməni xristinalığa dəyişir?
Məgər, bir iranlı dini alim, yaxud elmi mütəfəkkir tapılmadımı ki, xristianın adına dini mərasim ocağı verilir...
Heç olmasa, səhərdən axşama dindən-imandan moizələr oxuyan ayətullahlardan birinin adını verərdiniz, cəhənnəm Sepah-ın ölmüş terrorçularından birinin adını verərdiniz.
Bu addım, dünya əhalisinin 25 faizini təşkil edən 2 milyarddan çox müsəlmana qarşı təhqirdir.
Bir Qərbi Azərbaycanlı, müsəlman olaraq hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi, Dini Komitə, dünyadakı islam cəmiyyətləri və təşkilatları bu təhqiramiz addıma görə, dərhal bəyanat verməli, Tehran mollakratiyasından izahat tələb etməlidirlər.
Qərbi Azərbaycan İcması öz tarixi irsinə qarşı baş verən bu biabırçılığa görə, dünya dini konfessiyaları, İSESCO, İƏT qarşısında məsələ qaldırmalıdır.
Bu, İrəvandakı Azərbaycan tarixi mənsubiyyətinin saxtalaşdırılması, Azərbaycanlı kimliyinin tamamilə silinməsi deməkdir.
Göy Məscid Azərbaycan irsidir, əmlakıdır. Azərbaycanın müəqəddəs mənəvi duyğuları ilə heç kimin oynamağa haqqı yoxdur.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor











































