
TASS-ın mənbəyi bildirib ki, Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə danışıqlar 11 noyabrda Moskva vaxtı ilə saat 11:00-da davam edəcək.
Agentliyin mənbəsi bildirib ki, "Danışıqlar bu gün saat 12-də başlayacaq".
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar 10 noyabrda Əbu-Dabidə başlayıb. Danışıqlar 4,5 saat davam edib və 40 dəqiqəlik fasilə verilib. Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəisi Rüstəm Umerov rəhbərlik edib. Danışıqlar masasında ABŞ səfirləri Stiv Vitkov və Cared Kuşner, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç və BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan da iştirak edib.
Fransa rəsmilərinin açıqlamalarından fərqli olaraq, avropalılar iştirak etməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, danışıqlar təhlükəsizlik zəmanətlərinə yönələcək.













































