
“Əvvəlki administrasiya (Co Bayden) dövründə qəbul edilən konkret qərarlar yalnız yalan, hiylə və böhtanla dolu idi. Bu necə bir münasibətdir? Bu necə bir yanaşmadır? Bu, tərəfdaşlıq, dostluq deyil. Müvafiq olaraq, hazırkı administrasiyanın, Prezident Trampın, əvvəlki administrasiya dövründə hökm sürən bu ədalətsiz münasibəti düzəltmək və Gürcüstanla münasibətləri təmiz səhifədən başlamaq imkanı var”.
Newscenter.az TASS-a istinadən bildiirr ki, bunları hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze deyib.
Kaladze ABŞ prezidenti Donald Trampın keçmiş Amerika administrasiyasına qarşı ədalətsiz münasibəti ləğv edə və Gürcüstanla tərəfdaşlığı yeniləyə biləcəyini ifadə edib.
Qeyd edək ki, Gürcüstanda Xarici Agentlər Qanununun qəbul edilməsindən sonra 2024-cü ildə Tbilisinin Vaşinqtonla münasibətləri xeyli pisləşib. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin 28 noyabr 2024-cü ildə AB-yə üzvlük danışıqlarının başlanmasını dondurmaq barədə açıqlamasından sonra ABŞ Dövlət Departamenti ölkə ilə strateji tərəfdaşlığını dayandırıb.
Anar











































