
Rusiyadan Gürcüstana Zolotaya Korona sistemi vasitəsilə pul köçürmələri yenidən aktivləşdirilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, iyul ayının sonunda Gürcüstan Zolotaya Korona mobil tətbiqində pul köçürmələri üçün mövcud olan ölkələrin siyahısından çıxarılıb. Bu funksiya artıq yenidən mövcuddur.
“Zolotaya Korona” Gürcüstana vəsait köçürərkən xəbərdarlıq edir ki, vəsaitlər yalnız TBS Bankında nağd şəkildə çıxarıla və ya bu bankdakı hesaba köçürülə bilər. Əvvəllər “Zolotaya Korona” köçürmələri Gürcüstan Bankında və ya mikromaliyyə təşkilatlarında da çıxarıla bilərdi.
Anar











































