
Piylənmədən əziyyət çəkən insanlarda beynin qan təchizatı ilə bağlı problemlər yarana bilər. Çünki artıq çəki diabetə səbəb olur və bu da öz növbəsində qan təchizatının çatışmazlığına gətirib çıxarir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə epidemioloq, Rusiya Elmlər Akademiyasının akademiki və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko bildirib.
"Bir qayda olaraq, piylənmə və artıq çəkidən danışanda bu, artıq bir xəstəlikdir. İlk növbədə, bu, endokrin sistemə təsir edir. Yəni, diabet inkişaf edir. Diabet adətən qan damarlarına zərər verən sistemik bir xəstəlikdir. Bu, beyinə qan axınının pisləşməsidir", - deyə o bildirib.
Onişenko əvvəllər Rusiyanın piylənmə artımına görə ilk on ölkə arasında olduğunu bildirmişdi.
Süleyman











































