
"12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanımızın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul olunub. Bu, müstəqillik bərpa olunduqdan sonra qəbul edilən ilk müstəqil dövlət Konstitusiyamızdır".
Newscenter.az xəbər verir ki, bunları təhsil ictimaiyyətinin nümayəndəsi Fidan Mustafayeva deyib. O bildirib ki, bu mühüm sənədin hazırlanması ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış xüsusi Komissiya tərəfindən həyata keçirilmişdir:
"Konstitusiya 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. O, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsaslarını təsbit edib. Zamanın tələblərinə və cəmiyyətin inkişafına uyğun olaraq Konstitusiyamıza illər ərzində (2002, 2009 və 2016-cı illərdə) ümumxalq səsverməsi yolu ilə müvafiq əlavə və dəyişikliklər edilib".
"Bütün xalqımızı bu əlamətdar bayram münasibətilə səm-qəlbdən təbrik edirik! Dövlətimiz, müstəqilliyimiz və hüquqlarımız hər zaman qorunub uca olsun!",-deyə Fidan Mustafayeva vurğulayıb.
Süleyman










































