Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın büdcə kəsiri 404 milyard dollara yüksəlib

ABŞ-ın büdcə kəsiri 404 milyard dollara yüksəlib



2026-cı ilin oktyabr ayında Amerikanın federal büdcə kəsiri 404 milyard dollar təşkil edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, ABŞ Maliyyə Nazirliyinin hesablamalarında belə qeyd edilir. Məlumata görə, bu göstərici 2025-ci ilin eyni ayı ilə müqayisədə 42% çoxdur.

Bildirilir ki, oktyabr ayında federal büdcə gəlirləri 369 milyard dollar, xərclər isə 773 milyard dollar təşkil edib. Ötən ilin oktyabr ayında kəsir 283 milyard dollar, bu ilin sentyabr ayında isə 27 milyard dollar olub.

O da qeyd edilib ki, ABŞ-ın federal büdcə xərcləri və kəsiri oktyabr ayında heç vaxt bu qədər yüksək səviyyəyə çatmayıb. Bu dinamika, xüsusən də kənd təsərrüfatına və orduya böyük xərclər hesabına yaranıb.

Anar
Xəbəri paylaş