Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan və Qazaxıstan vətəndaşlarının qarşılıqlı səfərləri sadələşdirilir

Özbəkistan və Qazaxıstan vətəndaşlarının qarşılıqlı səfərləri sadələşdirilir


Özbəkistan və Qazaxıstan vətəndaşların qarşılıqlı hərəkətini asanlaşdırmağı və sərhədlərdə mövcud problemləri aradan qaldırmağı planlaşdırırlar.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu məsələlər Özbəkistan xarici işlər nazirinin müavini Olimjon Abdullayev tərəfindən Qazaxıstanın ölkədəki səfiri Yerali Tuqjanovla görüşdə müzakirə edilib.

Danışıqlar zamanı Özbəkistan vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması, vətəndaşların qarşılıqlı hərəkətinin asanlaşdırılması və dövlət sərhədlərini keçməkdə maneələrin aradan qaldırılması sahəsində ikitərəfli əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xüsusilə, qarşılıqlı səyahət prosedurunun sadələşdirilməsi, o cümlədən dövlət sərhədini şəxsiyyət vəsiqəsi ilə keçmək imkanı barədə müzakirələr aparılıb.

Süleyman
Xəbəri paylaş