Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

44 günlük Vətən Müharibəsinin 6-cı ildönümünə həsr olunmuş konsert keçiriləcək

44 günlük Vətən Müharibəsinin 6-cı ildönümünə həsr olunmuş konsert keçiriləcək


Yunus Əmrə İnstitutu və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Nümayəndəliyinin dəstəyi ilə dirijor Yıldırım Bekçinin rəhbərliyi altında London Türk Klassik Musiqisi Xoru 19 noyabr 2026-cı ildə Beynəlxalq Muğam Mərkəzində sənətsevərlərlə görüşəcək.

Bu barədə məlumat Newscenter.az-a Yunus Emre İnstitutunun Azərbaycan nümayəndəliyindən daxil olub. Bildirilib ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsinin 6-cı ildönümü və Şimali Kipr Türk Respublikasının qurulmasının 43-cü ildönümü münasibətilə təşkil edilən konsertdə türk klassik musiqisinin seçilmiş əsərlərindən ibarət xüsusi repertuar təqdim olunacaq.

Bildirilib ki, 2005-ci ildə İngiltərədə yaşayan Kipr türk qadınları tərəfindən qurulan xor, bu xüsusi axşamda Azərbaycan, Türkiyə və Kipr türk icması arasındakı qardaşlıq bağlarını musiqinin birləşdirici gücü ilə eyni səhnədə bir araya gətirəcək.

Süleyman
Xəbəri paylaş