Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO qüvvələri aviasiya yanacağı çatışmazlığı ilə üzləşə bilər

NATO qüvvələri aviasiya yanacağı çatışmazlığı ilə üzləşə bilər


NATO qüvvələri növbəti on il ərzində böyük bir münaqişə baş verərsə, aviasiya yanacağı çatışmazlığı ilə üzləşə bilərlər. Belə bir risk gözlənilir

Newscenter.az xəbər verir ki, bu barədə "Politico" nəşri NATO-nun Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinin hesabatına istinadən bildirib.

Nəşrin yazdığına görə, qazıntı yanacaqlarından imtina və neft emalı gücünün azalması təhlükəli zəifliklər yaradır. Növbəti on il ərzində Avropa ölkələrini əhatə edən və Şimali Amerika müttəfiqlərini gücləndirən böyük bir münaqişə reaktiv yanacaq istehlakının kəskin artmasına səbəb olacaq. Mövcud ehtiyatlar tələbatı ödəyə bilməyəcək.

Mərkəzin sözçüsü nəşrə bildirib ki, hesabat NATO daxilində kifayət qədər yüksək səviyyədə yayılıb. Lakin "Politico" onu qeyd edir ki, hesabat blokun rəsmi mövqeyini deyil, tədqiqatçıların müstəqil fikrini əks etdirir.

Anar
Xəbəri paylaş