
"Konstitusiyanı pozan hərəkətlərin qarşısı qanun və qayda prinsipinə uyğun olaraq alınacaq. Konstitusiya dövlətimizin əsas qanunu, xalqın hüquqi pasportudur. Konstitusiyaya və onun əsas müddəalarına məhəl qoymamaq xalqa qarşı ayrı-seçkiliyə bərabərdir".
Newscenter.az Akordanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunları Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib. O, bu gün Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib ki, dövlətin nüfuzu, milli qurumlara ictimai etimadı və Qazaxıstanın beynəlxalq mövqeyi məsələsini nəzərə alaraq hamımız milli maraqların müdafiəsində dürüstlük nümayiş etdirməliyik:
"Bu, vətəndaşlıq və siyasi borcumuzdur".
Süleyman












































