Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin səfərləri milli maraqlar naminə diplomatiyanın səfərbərliyidir

Prezidentin səfərləri milli maraqlar naminə diplomatiyanın səfərbərliyidir


Xarici ölkələrə səfərlər sadəcə protokol xarakteri daşımamalıdır. Hər bir səfər milli maraqlarımızın beynəlxalq müstəvidə təmin olunması, dövlətimizin mövqeyinin möhkəmləndirilməsi və strateji hədəflərimizin reallaşdırılması istiqamətində məqsədyönlü diplomatik addımlarla müşayiət olunmalıdır. Biz cənab Prezidentin bütün səfərlərində məhz bu siyasi fəaliyyəti müşahidə etmişik. Hər bir səfərin arxasında milli suverenliyin qorunması, strateji tərəfdaşlıqların gücləndirilməsi, beynəlxalq siyasi dəstəyin səfərbər edilməsi, iqtisadi və enerji diplomatiyasının inkişafı, regional təhlükəsizlik və sülh gündəliyinin irəli aparılması, geosiyasi balansların tənzimlənməsi kimi mühüm strateji hədəflər dayanır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın diplomatik imkanlarının, siyasi iradəsinin və dövlətçilik strategiyasının beynəlxalq müstəvidə təmsilçiliyi mükəmməl formada etibarlı əllərdədir.
Əslində, güclü diplomatiya milli maraqların beynəlxalq səviyyədə səfərbər edilməsidir. Türkiyəyə və İrlandiyaya səfərlər zamanı bunun bir daha şahidi olduq. Hər iki səfərin əsas siyasi məzmununda Türk dünyasında strateji müttəfiqliyin möhkəmləndirilməsi, Avropada siyasi və diplomatik əlaqələrin genişləndirilməsi dayanır. Bütün bunlar Azərbaycanın dəyişən geosiyasi şəraitdə beynəlxalq mövqelərini daim gücləndirmək strategiyasının tərkib hissəsidir. Dublində Azərbaycanın Avropadakı siyasi çəkisi, Ermənistanla sülh məsələsi, Ukrayna ilə münasibətlər və Böyük Britaniya ilə strateji tərəfdaşlıq, Türkiyədə isə regional təhlükəsizlik, müttəfiqlik və birlik mesajları səfərlərin dövlətimizin milli maraqları baxımından daşıdığı geosiyasi əhəmiyyəti aydın şəkildə ortaya qoyur.
Dəyərli soydaşlar!
Zəfərdən sonra həyata keçirilən bu səfərlər Azərbaycanın müasir xarici siyasətinin mahiyyətini və strateji hədəflərini nümayiş etdirir. Artıq biz prosesləri kənardan müşahidə edən deyil, onların formalaşmasında söz sahibi olan dövlətik.
Uğurlar, cənab Prezident!
Hər şey Vətən üçün, hər şey Azərbaycan üçün!

Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş