
Rusiya şirkətlərinin Özbəkistanın İT sektoruna investisiyaları iki ildə üç dəfə artaraq 320 milyon dollara çatıb.
Newscenter.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ANT Milli Strateji Təhlil və İqtisadi İnkişaf İnstitutunun baş direktor müavini Karina Mixeyeva məlumat verib.
O qeyd edib ki, sənayenin rəqəmsallaşdırılması və süni intellektin tətbiqi Rusiya ilə Özbəkistan arasında iqtisadi əməkdaşlığın perspektivli sahələrindən birinə çevrilir.
"Özbəkistan sənayesi inkişaf etdikcə, bu cür inkişaflara tələbat artır. Həmçinin, respublikada nümayəndəliklərini açan Rusiya İT şirkətlərinin sayı 47-yə çatıb", - Mixeyeva əlavə edib.
Süleyman












































