Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaşın tikinti şirkətinə ödədiyi pul sığortalanmış əmanət hesab edilmir:Ekspert

Vətəndaşın tikinti şirkətinə ödədiyi pul sığortalanmış əmanət hesab edilmir:Ekspert


Tikinti şirkətlərinin inşa prosesinə başlayandan, binanən təməlini qoyduğu andan alqı-satqıya start verdiyi hər kəsə məlumdur. Bu gün paytaxtdakı hündürmıərtəbəli biinalarda mənzillərin alqı-satqısı məhz bu üsulla həyata keçirilib. Lakin bəzi hallarda sözügedən alqı-satqı prosesi heç də uğurlu alınmır. Belə ki, şirkətin müflis olması prosesi yarıda dayandırır. Bəs görəsən bu cür hallarda vətəndaş və şirkət arasında problem necə həllini tapır?

Məsələ ilə bağlı fikirlərini Newscenter.az-a bölüşən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli deyib ki, ən təhlükəli vəziyyət məhz budur:

"Bu zaman şirkətin kreditorları arasında hüquqi növbəlilik, təminatlı və təminatsız tələblər, şirkətin əmlakının üzərində mövcud yüklülüklər və digər öhdəliklər əhəmiyyət qazanır.

Əgər vətəndaşın hüququ konkret mənzil və ya torpaq sahəsində payla bağlı reyestrdə lazımi qaydada rəsmiləşdirilməyibsə, o, digər kreditorlarla müqayisədə daha zəif mövqedə qala bilər".

Ekspert onu da vurğulayıb ki, vətəndaşın tikinti şirkətinə ödədiyi pul avtomatik olaraq sığortalanmış əmanət hesab edilmir:

"Bu vəsaitin qorunması bank əmanətlərinə tətbiq edilən mexanizmlə eyniləşdirilə bilməz.

Ona görə də vətəndaşın hüquqi müdafiəsi yalnız müqavilənin mövcudluğundan deyil, həmin müqavilənin hüquqi formasından, dövlət qeydiyyatından, əmlak üzərindəki yüklülüklərdən və şirkətin maliyyə vəziyyətindən asılıdır.

Süleyman
Xəbəri paylaş