Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniya hərbi kontingentini artırır

Almaniya hərbi kontingentini artırır


Bundesverin (Almaniya Silahlı Qüvvələri) döyüş hazırlığının artırılması tədbirləri çərçivəsində ölkənin quru qüvvələrinə səkkiz yeni batalyon əlavə olunacaq.

Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu bölmələrin yaradılması münasibətilə Münsterdə (Aşağı Saksoniya) təxminən 400 hərbçinin iştirakı ilə mərasim keçirilib. Lakin, gözləntilərin əksinə olaraq, Almaniyanın müdafiə naziri Boris Pistorius tədbirdə iştirak etməyib.

Quru Qoşunlarının Müfəttişi (Komandanı), general-leytenant Kristian Freydinq formalaşma mərasimində bildirib ki, biz sülhü və azadlığı qorumaq və lazım gələrsə, onları uğurla müdafiə etmək üçün hər gün daha da güclənmək istəyirik.

Səkkiz yeni hərbi hissədən altısı ərazi müdafiə batalyonlarıdır və onlara limanları, hava limanlarını, körpüləri, dəmir yolu xətlərini, enerji obyektlərini və rəqəmsal şəbəkələri qorumaq tapşırılıb. Bu bölmələrin əhəmiyyətli bir hissəsi mülki sektorda çalışan ehtiyatda olan əsgərlərdən ibarət olacaq.

Yeni bölmələr Fürstenfeldbruk (Bavariya), Siqmarinqen (Baden-Vürtemberq), Münster (Şimali Reyn-Vestfaliya), Fridberq (Hessen), Kusel (Reynland-Pfalts) və Trollenhagen (Meklenburq-Ön Pomeraniya) şəhərlərində yerləşdirilib. Münsterdə keçirilən mərasimdə batalyon komandirlərinə döyüş bayraqları təqdim edilib. Yaxın aylarda batalyonların şəxsi heyət və avadanlıqla gücləndiriləcəyi və hər birinin bir neçə yüz nəfərə çatacağı gözlənilir.

Anar
Xəbəri paylaş