Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sektorunda fəaliyyət istiqamətləri üzrə ixtisaslaşma mütləqdir

QHT sektorunda fəaliyyət istiqamətləri üzrə ixtisaslaşma mütləqdir


"QHT sektorunda da fəaliyyət istiqamətləri üzrə ixtisaslaşma mütləqdir. Necə ki, müəllimlər fənlər, həkimlər isə ixtisaslar üzrə bölünürlər, ictimai təşkilatların da konkret fəaliyyət istiqaməti olmalıdır".

Newscenter.az xəbər verir ki, bunları "XXI əsrin Qadınları" ictimai birliyinin sədri Mahirə Əmirhüseynova qanunverici orqanda QHT-lərlə bağlı aparılan müzakirələr və mövcud qanuna nəzərdə tutulan dəyişikliklərə münasibət bildirərkən deyib. İctimai birlik sədri qeyd edib ki, bir təşkilatın bütün sahələri əhatə etməye çalışması nə peşəkarlıq, nə də səmərəlilik baxımından doğru yanaşmadır:

"Əsas məsələ hər sahədə görünmək deyil, seçdiyin sahədə peşəkar olmaq, real nəticə ortaya qoymaqdır. İxtisaslaşma keyfiyyətin, peşəkarlığın və məsuliyyətin əsas şərtidir.
Hər sahənin öz ixtisası, hər fəaliyyətin öz istiqaməti olmalıdır!".

Süleyman
Xəbəri paylaş