Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənddə Özbəkistan-Türkiyə Biznes Dəstək Şurasının ilk iclası keçirilir

Daşkənddə Özbəkistan-Türkiyə Biznes Dəstək Şurasının ilk iclası keçirilir


Özbəkistanda Prezident Şavkat Mirziyoyevin iştirakı ilə Özbəkistan-Türkiyə Biznesin Təşviqi üzrə Yüksək Səviyyəli Şuranın ilk iclası keçirilir.

Newscenter.az Özbəkistan prezidentinin mətbuat xidmıətinə istinadən bildirir ki, iclasda Türkiyə Respublikasının vitse-prezidenti Cavad Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

İclasda çıxış edən Mirziyoyev qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə edilən razılaşma əsasında qurulan bu yeni mexanizm iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da sürətləndirməyə yönəlib.

Özbəkistan-Türkiyə Biznes Forumunda 200-dən çox iş adamı iştirak edir. Özbəkistan prezidenti bunu iki ölkə sahibkarlarının qarşılıqlı tərəfdaşlıqlarını genişləndirməkdə böyük marağının ifadəsi kimi qiymətləndirib.

Süleyman
Xəbəri paylaş