
Qırğızıstan nikotin tərkibli elektron siqaretlərin idxalına qoyulan qadağanın altı ay müddətinə uzadılmasını təklif edir.
Newscenter.az bu barədə Kazinform-a istinadən xəbər verir. Müvafiq qətnamə ictimai müzakirəyə təqdim edilib .
Tədbir nikotin asılılığının yayılmasının qarşısını almaq, vətəndaşların, xüsusən də gənclərin sağlamlığına dəyən zərəri azaltmaq və tütün və nikotin tərkibli məhsulların istehlakı ilə əlaqəli xəstəliklər riskini azaltmaq məqsədi daşıyır.
Xatırladaq ki, Qırğızıstanda 2025-ci il iyulun 1-dən nikotin tərkibli elektron siqaretlərin idxalını, dövriyyəsini və istifadəsini qadağan edən qanun qüvvədədir.
Daha əvvəl bildirilmişdi ki, Qazaxıstan 2024-cü ildən etibarən tüstüsüz tütün məhsullarının, veyplərin, ətirləndiricilərin və onlar üçün mayelərin satışı və paylanmasını, eləcə də onların reklamını qadağan edəcək.
Süleyman












































