
Norveç hökuməti ölkənin artan ömür uzunluğuna uyğun olaraq pensiya yaşının artırılması üçün qanun layihəsi təqdim edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Əmək və Sosial İnklüzivlik Nazirliyi məlumat verib.
Nazir Kjersti Stensenq bildirib ki, biz daha uzun yaşayırıq və əksəriyyətimiz daha sağlamdır:
"Pensiya sistemimizin uşaqlarımız və nəvələrimiz üçün yaşamasını təmin etmək istəyiriksə, bir az daha çox işləməli olacağıq".
Qanun layihəsində təqaüd yaşının hər 10 ildən bir bir il artırılması təklif olunur. Beləliklə, 1966-cı ildən əvvəl doğulmuş insanlar ümumi təqaüd yaşı 67 olmaqla 62 yaşında təqaüdə çıxa biləcəklər. Lakin 1967-ci il təvəllüdlülərdən başlayaraq təqaüd yaşı tədricən artacaq.
Nazirlik 1990-cı illərin sonlarında anadan olanlar üçün ən erkən pensiya yaşının 65 olacağını açıqlayıb. Pensiya yaşının artması ömür uzunluğundakı dəyişikliklərə əsasən tənzimlənəcək.
Anar












































