
Monqolustan dövlət başçısı Uxnaaqiyn Xurelsux istefa verdiyini açıqlayıb.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Monqolustan prezidenti istefasının səbəbini şərəf və ləyaqətinə yönəlmiş hücumlarla əlaqələndirib. O bildirib ki, son bir ay ərzində müəyyən cinayətkar qruplar Monqolustan Prezidentinin şərəfinə və vəzifəsinə namərdcəsinı hücum edərək dövlət başçısının nüfuzuna xələl gətiriblər:

"Monqolustan Prezidenti xalqın birliyini təmsil edir, Milli Təhlükəsizlik Şurasının rəhbəri və silahlı qüvvələrin komandanı vəzifələrini yerinə yetirir. Prezidentin şərəfinə edilən hücum xalqın şərəfinə edilən hücumdur. Mənə inanılmaz və son dərəcə ağır bir cinayətlə bağlı böhtan atılıb və təhqir olunmuşam. Bir müddətdir ki, vəziyyəti müşahidə edərək susmuşam. Lakin məsuliyyətli vəzifə tutan bir şəxs kimi bu gün bu açıqlamanı vermək qərarına gəldim. Hamı qanun qarşısında bərabərdir. Dünən Demokrat Partiyasının bir qrupu Monqolustan Prezidentinin istefa verməsi və araşdırma aparması mövqeyini ifadə etdi. Mən bununla razıyam".
O, nüfuzuna xələl gətirənlərin məsuliyyət daşıyacağına, şərəf və ləyaqətinin bərpa olunacağına əminlik ifadə edib.
Anar












































