Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Vüqar Bayramov Çinə gedəcək

Deputat Vüqar Bayramov Çinə gedəcək


Milli Məclisin deputatı Vüqar Bayramov Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının Forumunda iştirak etmək üçün noyabrın 17-də Çin Xalq Respublikasının Pekin şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, forum çərçivəsində millət vəkili “Kosmosun imkan verdiyi gələcək: Dayanıqlı və inklüziv Asiya-Sakit okean regionunun formalaşdırılması” mövzusunda keçiriləcək müzakirələrdə iştirak edəcək.

Vüqar Bayramovun “Azərbaycanda kosmik sənayenin inkişafı: Regional əməkdaşlıq təşəbbüslərinə töhfə” mövzusunda çıxışı da nəzərdə tutulub.

Səfər noyabrın 23-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş