
Tailand, Vyetnam və İndoneziya Yeni il üçün rusların ən populyar səyahət istiqamətlərinə çevrilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, "Art-Tour" tur operatorunun baş direktoru və Rusiya Səyahət Sənayesi İttifaqının (RUTI) Xarici Turizm Komitəsinin həmsədri Dmitri Arutyunov bu qənaətdədir.
"Bu il Yeni il səyahətləri üçün gec sifarişlərə tələbatın nəzərəçarpacaq dərəcədə dəyişdiyini müşahidə etdik. Əvvəllər tətil dövrü üçün aktiv satışlar sentyabrın əvvəlində başlamışdısa, indi yalnız oktyabr və noyabr aylarında satışlarda əhəmiyyətli bir artım müşahidə edirik. Turistlər getdikcə daha yaxşı təkliflər ümid edərək səyahət qərarlarını təxirə salırlar. Beynəlxalq istiqamətlər arasında tələbat əsasən Asiyaya doğru yönəlib. Tayland, Vyetnam və İndoneziya ən populyardır. Sonra Yaxın Şərq, əsasən BƏƏ, eləcə də Şri-Lanka və Hind okeanının ada kurortları gəlir", - deyə o qeyd edib.
Arutyunov vurğulayıb ki, erkən sifariş həmişə ən aşağı qiymət demək deyil və son anda tur almaq qənaətə zəmanət vermir:
Anar











































