Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birgə Bəyannamə Bakı və London üçün yeni imkanlar açacaq

Birgə Bəyannamə Bakı və London üçün yeni imkanlar açacaq


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin imzalanması ölkəmiz üçün çoxşaxəli imkanlar yaratmış olur və London-Bakı münasibətlərinin inkişafına xüsusi rəng qatır. Sözügedən Bəyannamə təkcə siyasi, iqtisadi, enerji və digər bu kimi sahələr deyil, eləcə də müdafiə və təhlükəsizlik baxınından da Bakı üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Bəyannamənin digər mühüm istiqaməti müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir”.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, sənəddə müdafiə sahəsində təlimlərin keçirilməsi, institusional potensialın artırılması, qarşılıqlı fəaliyyət imkanlarının inkişaf etdirilməsi və müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivlərinin araşdırılması nəzərdə tutulur:

”Bununla yanaşı, hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi, hüquqi və məhkəmə əməkdaşlığı sahələrində əlaqələrin gücləndirilməsi də prioritetlər sırasındadır. Bu istiqamətlər Azərbaycanın təhlükəsizlik imkanlarının inkişafı, beynəlxalq əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi və regional sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir”.

Arzuman Muradlı deyib ki, London Azərbaycanın müdafiə qabiliyyətinin artırılması, onun təhıükəsizliyinin gücləndirilməsində daima maraqlı olub. O bildirib ki, keçən ilin oktyabrında Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında 2026/27-ci illər üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb ki, bu da Londonun qeyd edilən istiqamətdə Bakı ilə əməkdaşlığa maraqlı olduğunun əyani sübutudur:

“Bundan başqa 2025-ci ilin dekabrında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olub. Səfər zamanı keçirilən yüksək səviyyəli görüşlərdə verilən mesajlar ondan ibarət olub ki, Londonla Bakı arasında qeyd edilən istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var.

V.Koaker, Azərbaycanın regional sabitlik və təhlükəsizlik sahəsində oynadığı rolu yüksək qiymətləndirib və Birləşmiş Krallığın müdafiə sənayesi də daxil olmaqla müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

V.Koaker Azərbaycanın müdafiə sənayesində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, iki ölkə arasında tərəfdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib”.

Arzuman Muradlı qeyd edib ki, Dublində imzalanan Birgə Bəyannamə Bakı və London üçün yeni imkanlar açacaq.

Sülüyman
Xəbəri paylaş