Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə səfiri Nizami Gəncəvi Muzeyini ziyarət edib

Türkiyə səfiri Nizami Gəncəvi Muzeyini ziyarət edib



Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri hörmətli Birol Akgün Nizami Gəncəvi Muzeyini ziyarət edib.

Newscenter.az xəbər verir ki, ziyarət zamanı Səfirə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı, zəngin ədəbi irsi, dünya ədəbiyyatında tutduğu mövqe, eləcə də muzeyin fəaliyyəti və ekspozisiyası haqqında ətraflı məlumat verilib.

Daha sonra Türkiyənin Gəncədəki Baş konsulu hörmətli Recep Öztopun da iştirakı ilə çay süfrəsi ətrafında səmimi görüş keçirilib.

Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.

Süleyman
Xəbəri paylaş