Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağstafada sursat partlayışı nəticəsində 1 nəfər ölüb, xəsarət alan var

Ağstafada sursat partlayışı nəticəsində 1 nəfər ölüb, xəsarət alan var


Ağstafa rayonunun Çeyrançöl ərazisində sursat partlayıb.

Newscenter.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə bəyanat yayıb.

Məlumata görə, Qazax rayonunun Dəmirçilər kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonunun Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində R.İbrahimov aldığı xəsarətlərdən ölüb, S.Əmrahov isə xəsarət allb.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

Anar
Xəbəri paylaş